Millimiz dünya çempionatı ilə vidalaşdı

Futzal üzrə Azərbaycan millisi Kolumbiyada keçirilən dünya çempionatında 1/4 final oyununa çıxıb.

sabahinfo.Az xəbər verir ki, tarixində ilk dəfə dünya çempionatında çıxış edən  yığmamız Portuqaliya millisi ilə qarşılaşıb.

Gərgin keçən qarışlaşmada millimiz 2:3 hesabı ilə məğlub olu və turnirdə mübarizəni dayandırıb. 

Portuqaliya futzalçıları dünya çempionatının yarımfinalında  Argentina yığması ilə qarşılaşacaq. 

Digər yarımfinalda Rusiya və İran milliləri güclərini sınayacaq.