Millimizin DÇ-2018-in seçmə mərhələsində rəqiblərindən biri olan Almaniya yığmasının futbolçusu Yulian Draksler karyerasını Fransada davam etdirəcək.
Sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, "Volfsburq"un 23 yaşlı yarımmüdafiəçisi PSJ-yə keçməyə qərar verib.
Anlaşma 5 illik nəzərdə tutulub.
Artıq klublar da öz aralarında danışıqlarda razılıq əldə ediblər. Paris klubu 38 milyon funt-sterlinqə başa gələn bu transferi yaxın vaxtda açıqlayacaq.
Qeyd edək ki, futbolçunun çıxışından asılı olaraq məbləğ daha da arta bilər.