Morata London klubunun hədəfində

"Chelsea"nin baş məşqçisi Antonio Konte ispaniyalı Alvaro Moratanın xidmətlərində maraqlıdır.

Sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi transferin baş tutması üçün kifayət qədər pul ayırmağa hazırdır. Moratanın "Chelsea"yə keçməsi üçün Diyeqo Kostanın getməsi lazımdır. Kontenin onun kaprizlərindən bezdiyi deyilir. Morata isə oyun praktikası istədiyinə görə "zadəganlar"ın təklifinə razı ola bilər.