Müğənniyə etiraz edən 10 nəfər tutulub

Qarabağ Azadlıq Təşkilatının üzvləri erməni əsilli müğənni Filipp Kirkorovun Bakıya gəlməsinə etirazlarını bildiriblər. sabahinfo.az saytı xəbər verir ki, Musavat.com-un məlumatına görə, QAT üzvləri müğənninin dekabrın 10-da keçirilən konsertində etiraz şüarları səsləndiriblər.

 

Konsert keçirilən zala daxil olan QAT üzvləri Azərbaycan və rus dillərində "Erməni Filipp, rədd ol!",- şüarları səsləndiriblər. Polislə qarşıdurma yaranıb və ondan artıq QAT üzvü həbs edilib.

 

QAT sədri Akif Nağının sözlərinə görə, saxlanılanlar Səbael rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparılıblar: "Hazırda oraya gedirəm".