NATO rəhbərliyi Polşadakı hərbi təlimlərdən narahatdır

"Anakonda” təlimləri 2006-cı ildən keçirilir.

NATO rəhbərliyi Polşada start götürmüş "Anakonda-16” irimiqyaslı hərbi təlimlərin keçirilməsindən narahatdır. 

sabahinfo.az bu barədə "Der Spiegel”ə istinadən xəbər verir ki, alyansda 24 ölkədən olan 31 min hərbçinin iştirak etdiyi tədbirin "açıq şəkildə Rusiya əleyhinə istiqamətləndiyini” və "lüzumsuz olaraq real müharibə ssenarisinin oynandığını” hesab edirlər. 

Nəşrin məlumatına görə, NATO nümayəndələri polşalıları "sakit etməyə” çalışırlar, amma ölkə hökuməti Rusiya əleyhinə olan kursdan imtina etmək niyyətində deyil.

"Anakonda” təlimləri 2006-cı ildən hər iki ildən bir keçirilir. 2016-cı ildə onların məqsədi hibrid təhdidlər şəraitində müştərək müdafiə əməliyyatları nümunəsində manevrlərin işlənməsidir. 

Daha öncə Polşa Müdafiə Nazirliyi təlimlərin "müdafiə xarakteri” daşıyacağını və bölüklərin ümumi təhdidlərə reaksiyasını yoxlamaqdan ibarət olacağını bəyan etmişdi.