“Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində "Neftçi” sabah "Qarabağ”ı qəbul edəcək.

sabahinfo.Az Apasport-a istinadən xəbər verir ki, qarşılaşmanın biletləri satışa çıxarılıb.

8-ci km qəsəbə stadionunda baş tutacaq oyunu tribunadan izləmək istəyən azarkeşlər 1 manatlarından keçməli olacaqlar.

VİP yerlər üçün biletlərin qiyməti isə 5 manatdı. Biletləri matçın keçiriləcəyi stadionun kassalarından əldə etmək mümkündü.

Qeyd edək ki, sabah keçiriləcək "Neftçi” – "Qarabağ” oyunu saat 19:00-da başlayacaq.