“Neftçi”nin baş məşqçisi təsdiq edildi

Vəli  Qasımov "Neftçi”nin baş məşqçisi təsdiq olunub. 

sabahinfo.az-ın məlumatına görə, bu barədə klubun saytınada məlumat verilib.

"Neftçi” Peşəkar Futbol Klubunun inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib.

 Məlumata görə V. Qasımov 2016/2017-ci illər mövsümü üçün "Neftçi”nin baş məşqçisi vəzifəsinə təsdiq olunub.

İclasda klubun növbəti mövsüm üçün büdcəsi də detallı şəkildə müzakirə edilib.

 

"Neftçi” PFK-nın Müşahidə Şurasının iclası - 04.06.2016
"Neftçi” PFK-nın Müşahidə Şurasının iclası - 04.06.2016

Vəli Qasımov 10 aprel 1968-ci ildə Gəncə şəhərində anadan olub. Karyerasında "Dinamo" (Moskva), "Spartak" (Moskva), "Real Betis", "Vitoriya" (Setubal) kimi klubların şərəfini qoruyub. 1992-ci il Rusiya premyer liqasında bombardir olub.

Azərbaycan yığma komandasının məşqçisi Berti Foqtsun köməkçisi və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin çalışdırıcısı olub.

Vəli Qasımov - "Neftçi"nin baş məşqçisi
Vəli Qasımov - "Neftçi"nin baş məşqçisi