Neftin qiyməti 52 dollar həddini keçib

Dünya bazarlarında neftin qiyməti sürətlə bahalaşmaqda davam edir.

Bu barədə sabahinfo.Az hərracların son nəticələrinə istinadən xəbər verir.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,35% bahalaşaraq bir barelə görə 52,56 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 1,20% artaraq 50,40 dollara satılıb.