İspaniya prokurorluğu Neymarın 2 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edir.
sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, futbolçunun atası, "Barselona"nın eks prezidenti Sandro Rossel və "Santos" da ittiham olunanlar sırasındadır.
Rosselə 5 il həbs cəzası və 8.4 milyon avro cərimə kəsilməsi istənilib. Qeyd olunanlar 2013-cü ildə Neymarın katalon klubuna transferi zamanı DIS investisiya kompaniyasını aldatmaqda təqsirləndirilir. Həmin vaxt bu şirkət "sambaçı"nın 40% hüquqlarına sahib idi.