"Neft hasil edən ölkələrin istehsalı azaltmaqla bağlı qərar qəbul etməsinə, qərarların yerinə yetirilmə səviyyəsinin yüksək olmasına baxmayaraq, dünya bazarında neftin qiymətinin səviyyəsi tarazlı qiymət səviyyəsindən hələ uzaqdır”.
sabahinfo.Az-ın məlumatına görə, "Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu OPEK-in baş katibi Məhəmməd Barkindo "IPWeek-2017” konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, buna səbəb əvvəlcədən hasil edilib qalmış neft ehtiyatlarının səviyyəsinin hələ də çox yüksək olmasıdır.