Perunun şimalında 6 bal gücündə zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) bildirib.
Əvvəlcə EMSC zəlzələnin 5,7 gücündə olduğunu deyib, daha sonra məlumatları düzəldib.
Yeraltı təkanlar Moyobamba şəhərindən 56 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin ocağı 124 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və tələfat barəsində məlumat daxil olmayıb.