Dünən "Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk görüşündə "Slovan”la heç-heçə edib (2:2).
sabahinfo.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, komanda bu nəticə ilə büdcəsini zənginləşdirib.
Belə ki, Avroliqanın qrupunda edilən heç-heçəyə görə UEFA klublara 120 min avro ödəyir. Ağdam klubu da qitə futbol qurumundan yuxarıda göstərilən məbləği alacaq.
Qeyd edək ki, Avropa Liqasında qələbəyə görə 360 min, heç-heçəyə görə 120 min avro verilir.