Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib. sabahinfo.az saytı xəbər verir ki, 2016/17 mövsümündə qrup mərhələsinin ilk görüşü Bakıda keçirilib. "Qarabağ” komandası doğma meydanda Çexiyanın "Slovan” klubunu qəbul edib. Oyunda hesabı qonaqlar açıb. Oyunun 9-cu saniyəsində rəqib komandanın oyunçusu Yan Sikora vurduğu qolla "Qarabağ”ı meydanın mərkəzinə dəvət edib. Amma rəqbin üstünlüyü cəmi 6 dəqiqə davam edib. "Qarabağ"ın oyunçusu Migel Markosun qolu ilə 7-ci dəqiqədə hesab 1:1 olub.
İkinci hissədə də ilk qolu rəqib komanda vurub. Belə ki, oyunun 68-ci dəqiqəsində "Slovan"ın oyunçusu Baroş növbəti qolunu vuraraq hesabı 1:2 edib.
Oyunun 90 + 3 dəqiqəsində Rəşad Sadıqovun qolu ilə hesab 2:2 olub. Bununla da komandalar yaşıl meydandan sülhlə ayrılıb.