“Qarabağ” “Monako”ya qarşı

Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.

Qol.Az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən "Qarabağ” da növbəti matçına çıxacaq.

Ağdam klubu qrup lideri olan "Monako”nu qəbul edəcək. Qurban Qurbanovun komandası Fransadakı məğlubiyyətin (0:1) əvəzini çıxmağa və turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa çalışacaq.

Hazırda sonuncu pillədə olan Azərbaycan çempionu qələbə sayəsində qrup lideri də ola bilər. Bunun üçün "Tottehnem” – "Anderlext” matçında bərabərlik qeydə alınmalıdır.




5 noyabr

Avropa Liqası, qrup mərhələsi

J qrupu

20:00. "Qarabağ” (Azərbaycan) – "Monako” (Fransa)
Baş hakim:
Pavel Kristian Balay
Hakim köməkçiləri: Mihay Ovidiu Artene, Valentin Qabriel Avraam (hamısı Rumıniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


S

Komandalar

O

Q

H

M

T-f

Xal

1.

Monako (Fransa)

3

1

2

0

3:2

5

2.

Tottenhem(İngiltərə)

3

1

1

1

5:4

4

3.

Anderlext (Belçika)

3

1

1

1

3:3

4

4.

Qarabağ (Azərbaycan)

3

1

0

2

2:4

3