“Qarabağ” – PAOK oyununa biletlərin qiymətləri açıqlanıb

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ” klubu oktyabrın 20-si saat 21:00- da Yunanıstanın PAOK klubunu qəbul edəcək. 

sabahinfo.Az xəbər verir ki, qarşılaşmanın biletləri oktyabrın 17-si saat 12:00-dan etibarən satışa çıxacaq. 

Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

1-7 və 22-27 nömrəli sektorlar - 1 AZN

8-10 və 19-21 nömrəli sektorlar - 2 AZN

11,12 və 17, 18, 29, 38 nömrəli sektorlar - 5 AZN

13 və 16 nömrəli sektorlar - 10 AZN 

14 və 15 nömrəli sektorlar - 20 AZN

VİP - 50 AZN

Qeyd edək ki, "Qarabağ” - PAOK matçı oktyabrın 20-si saat 21:00-da Respublika stadionunda start götürəcək.