“Qarabağ” və “Qəbələ”nin oyunlarını bu hakimlər idarə edəcək

Avropa Liqasında qrup mərhələsinin V turunun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları "Qarabağ” və "Qəbələ”nin də matçını idarə edəcək baş hakimlər müəyyənləşib.


Çexiyada "Slovan”ın qonağı olacaq "Qarabağ”ın görüşündə isveçli Stefan Yohannesson ədalət təmsilçisi olacaq.


UEFA Bakıda keçiriləcək "Qəbələ” – "Anderlext” qarşılaşması üçün isə ukraynalı Yevgeni Aranovskini göndərəcək.


Qeyd edək ki, Avropa Liqasında V turun oyunları noyabrın 24-də keçiriləcək.