Qazaxıstan millisində yeni baş məşqçi

Qazaxıstan millisinə yeni baş məşqçi təyin olunub.

sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, komandanın sükanı arxasına Aleksandr Borodyuk keçib. Onunla 3 illik müqavilə imzalanıb. 54 yaşlı çalışdırıcı Rusiya millisində müxtəlif illərdə köməkçi məşqçi kimi çalışıb. Borodyukun son iş yeri Qazaxıstanın "Kayrat" klubu olub.

Qazaxıstan DÇ-2018-in seçmə mərhələsində E qrupunda mübarizə aparır və 4 oyundan sonra 2 xal toplayaraq qrupda sonuncu pillədə qərarlaşıb.