ABŞ-da ailə münaqişəsi zəminində iki qızını tapança ilə qətlə yetirən qadın polis əməkdaşları tərəfindən öldürülüb.
APA-nın məlumatına görə, Hyuston şəhərində evlərdən birində başlayan və sonradan küçədə davam etmiş mübahisə zamanı 42 yaşlı Kristi Şits 22 yaşlı Teylor və 17 yaşlı Medison adlı qızlarını tapançadan qətlə yetirib. Hadisə yerinə çağırılmış polis əməkdaşları silahdan istifadə edərək qadını öldürüblər.
İnsidentin səbəbləri araşdırılır.