Dünənki Florensiya məğlubiyyəti özü ilə bir çox sualları gətirdi. Niyə, kim, nə vaxta kimi...
"Qarabağ” son 10 ildə Azərbaycan futbolunun lideri statusuna yüksəlib və əldə etdiyi uğurlar bunun təməl daşıdı. Qurban Qurbanov və komandası öz fəlsəfəsinə sadiq qalaraq ardıcıl üç ildir bizə qrup sevinci yaşadır, sabitliyi ilə alqış qazanır, nümunə göstərir. Ancaq... Amma və lakini də var bu deyilənlərin. Nə qədər lider, çempion, qalib olsan da, hədəflər böyüməyəndə, o hədəflərə gedən yolda ardıcıl səhvlərə yol veriləndə qələbələr ikinci plana keçir. Tənqidlər hər tərəfdən yağır, səs-küy, iradlar çoxalır. Ki, bu da təbiidi. Olması gərəkəni budu. Amma, ancaq və lakin bu tənqidlərdən nəticə çıxarılarsa. Çıxarılmırsa, A seriyasında 5 oyuna cəmi 5 qol vuran "Fiorentina” sizə bir oyuna 5 qol vurar. Özü də bunu haqq etmədən, mənasız, məqsədsiz, mahiyyətsiz bir oyunla.
Hər kəsin beynində elə konkret dünənki oyunla bağlı xeyli sual yığılıb qalıb. Biz jurnalistlər heç olmasa 5-10 gündən bir, mətbuat konfranslarında da olsa, Qurban Qurbanovu görür, bir-iki söz soruşa bilirik. Azarkeşlər isə dərdini kimə, necə deyəcəyindən xəbərsizdi. Ancaq onlar da əmin olsunlar ki, biz onların suallarını müvafiq adamlara vermirik. Mətbuat konfranslarında Qurban Qurbanova verdiyim son 3 sualın ikisi Reynaldo ilə bağlı olub, məsələn... Biz soruşuruq, baş məşqçi öz yetirmələrini hər dəfə müdafiə edir, hədəfi yayındırır. Bu, yaxşı xüsusiyyətdi, amma bir yerə qədər. Yığılır qalır, gedir florensiyada 5 qola çevrilir...
Qurban Qurbanovdan soruşmalı...
Klub rəhbərliyinə...
1. Əbədi sual: nə vaxta kimi transferlərdə belə xəsislik olacaq və minimal xərclə maksimal nəticə siyasəti nə vaxta kimi davam edəcək?