Olimpiya Oyunlarına lisenziya xalları qazandıran cüdo yarışları başa çatıb.
sabahinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (İJF) Olimpiya Oyunlarına vəsiqə qazanan idmançıların adlarını açıqlayıb.
"Rio-2016”da ölkəmizi 6 cüdoçu təmsil edəcək. Bunlardan dördünün kimliyi məlumdur. Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) Olimpiadada iştirak edəcək.
Ancaq 60 və 100 kiloqram çəki dərəcəsində seçim edilməyib. Belə ki, 60 kiloqramda Orxan Səfərov və ya İlqar Müşkiyev, 100 kiloqramda isə Elmar Qasımov və ya Elxan Məmmədov Olimpiya Oyunlarında yarışacaq.