Rusiyalı velosipedçi Azərbaycan vətəndaşlığını qəbul etdi

"Synergy Baku" komandasında çıxış edən rusiyalı velosipedçi Kirill Pozdnyakov Azərbaycan vətəndaşlığını qəbul edib.

Sabahinfo.Az "Report"a istinadən bildirir ki,bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

"Biz, tezliklə 2017-ci il mövsümü üçün tam heyətimizi elan edəcəyik, lakin bizim bir böyük xəbərimiz var: Kirill Pozdnyakov komandada qalacaq və Azərbaycan vətəndaşlığını qəbul edib", - deyə məlumatda bildirilir.

Pozdnyakovun 27 yaşı var. O, "Synergy Baku"da karyerasına 2013-cü ildə başlayıb, 2014-2015-ci illərdə "Rusvelo" komandasının şərəfini qoruyub. 2016-cı ildə Azərbaycan komandasına qayıdıb.