Son Avropa çempionu Çin klubuna keçəcək

Portuqaliyalı müdafiəçi Rikardo Karvalyo karyerasını Çində davam etdirəcək. Sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, 38 yaşlı futbolçu "Shanghai SIPG" klubunun düşərgəsində məşq edir. Bu kluba onun həmyerlisi Andre Villaş-Boaş rəhbərlik edir. Karvalyonun son klubu "Monaco" olub. "Moneqasklar"dan başqa, futbolçu "Porto", "Chelsea" və "Real Madrid"də də çıxış edib. Portuqaliya millisində 89 oyun keçirən Karvalyo AVRO-2016-nın qalibidir.