Suriyada 700 tibb işçisi ölüb

Suriyadakı münaqişənin davam etdiyi 5 il müddətində bu ölkədə gedən hərbi əməliyyatların gedişində 700-dən çox tibb işçisi həlak olub.sabahinfo.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda BMT-nin  Suriyadakı vəziyyəti araşdıran xüsusi komissiyası məlumat yayıb.

"700-dən çox həkim və tibb işçisi münaqişə başlayandan bəri xəstəxanalar vurulan zərbələr zamanı ölüb”, - komissiyanın rəhbəri Paul Pineyra bəyan edib.

Onun sözlərinə görə, Suriya ərazisində xəstəxanalara və tibb müəssisələrinə kütləvi hücumlar ölkədə mülki əhalinin, o cümlədən həkimlərin də ölümü ilə nəticələnir.