Bu gün Çexiyanın Ostrava şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, 5 gün davam edəcək yarışa Azərbaycan yığması da qatılıb.
İdmançılarımızdan ilk olaraq buz üstünə Vavara Oqloblina və Mixail Jirnov cütlüyü çıxıb. Lakin qısa proqramda onların çıxışı uğurlu alınmayıb. 48.45 xal toplayan təmsilçilərimiz 24-cü yer tutublar və lazım olan 20-liyə düşə bilməyiblər.
Belə ki, sıralamaya əsasən ilk iyirmi arasında qərarlaşmış cütlüklər mübarizəni sərbəst proqramda davam etdirəcəklər.
Qeyd edək ki, qitə birinciliyinin qalibi yanvarın 28-də bilinəcək.