Topaz Premyer Liqasında ilk dövrəyə yekun vurulub

Bu gün Topaz Premyer Liqasında VII tura və ilk dövrəyə yekun vurulub. 

sabahinfo.Az-ın Apasport.az-a istinadən verdiyi məlumatına görə, həftənin son matçı Qəbələ baş tutub.

Çempionluğa əsas namizədlər, Avropa Liqasının qrupunda çıxış edən "Qarabağ”la "Qəbələ” turun mərkəzi oyununda üz-üzə gəliblər.

8 oyundu uduzmayan və qol buraxmayan "qırmızı-qaralar” son 4 turda xal da itirməyib. Bölgə klubunun seriyası bu dəfə də davam edib. Meydan sahibləri matça fəal başlayıb. 11-ci dəqiqədə Filip Ozobiç uzaq məsafədən baxımlı qola imza atıb. Bundan 3 dəqiqə sonra isə Baqali Dabo ikinci dəfə qonaqları məyus edib.

Qeyd edək ki, bu oyundan sonra milli komandaların matçları ilə əlaqədar Topaz Premyer Liqasında fasilə yaranacaq.

"Qəbələ” – "Qarabağ” - 2:0

Qollar: Ozobiç, 11, Dabo, 14

Turnir cədvəli

1

Qəbələ

7

6

1

0

19-0

19

2

İnter

7

4

3

0

12-7

15

3

Qarabağ

7

4

1

2

15-5

13

4

Sumqayıt

7

2

2

3

6-9

8

5

Kəpəz

7

1

4

2

6-8

7

6

Zirə

7

2

1

4

5-9

7

7

Neftçi

7

2

0

5

6-16

6

8

AZAL

7

0

2

5

3-18

2