Dortmund "Borussiya"sı daha bir türkiyəli futbolçunu heyətinə qatır.
sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, "Bayer"in müdafiəçisi Ömər Toprak dortmundlularla anlaşıb.
Bu transferlə bağlı klublar arasında artıq razılıq əldə edilib. Anlaşmaya əsasən, "Borussiya" leverkuzenlilərə 12 milyon avro ödəyəcək. Qış transfer dönəmində yeni komandası ilə 4 illik müqaviləyə qol çəkəcək 27 yaşlı futbolçunun bu müddət ərzində məvacibi ümumilikdə 25 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Türkiyə millisinin daha iki futbolçusu Nuri Şahin və Əmrə Mor da hazırda "Borussiya"nın formasını geyinir.