Türkiyədə PKK növbəti dəfə terror hücumu həyata keçirib.
Anspress-in məlumatına görə, PKK terrorçuları Van vilayətinin Erciş rayonunda Jandarma komandanlığına partlayıcı yüklü avtomobillə hücum edib.
Məlumata görə, güclü partlayış nəticəsində 1 əsgər və 1 kənd gözətçisi şəhid olub, 10 əsgər isə yaralanıb.
Bölgəyə çox sayda təcili tibbi yardım maşınlarının cəlb edildiyi bildirilir.
Daha əvvəl Ağrı vilayətində PKK terror hücumu həyata keçirib. Diyadın rayonunun Daşkəsən kəndində terrorçuların gizlətdiyi minanın partlaması nəticəsində 1 mülki şəxs ölüb 1 nəfər yaralanıb. Həlak olan şəxsin 14 yaşlı çoban Fəttha Ərdam olduğu müəyyənləşib. Yaralanan Onun yanında olan 19 yaşlı Sinan Çiftçidir.
Təcili tibbi yardım maşını ilə Diyadin Dövlət Xəstəxanasına çatdırılan yaralı sonradan Ağrı Dövlət Xəstəxanasına yönləndirilib. İnsidentlə bağlı Diyadin Respublika Prokurorluğu cinayət işi açıb.
Ağrı vilayətinin valisi Musa İşın sosial şəbəkədə hücumu pisləyərək, PKK tərəfdarlarına etiraz edib: "Ey PKK sevərlər, canilərin qoyduğu minaya düşən Fəttah Ərdam ölüb, Sinan Çiftçi yaralanıb. PKK-nın yaşamaq haqqını əlindən aldığı bu məsum insanlar üçün deyəcəkləriniz var, yoxsa yalan və iftiralarınız hazırdı".
Bu arada Ağrı Jandarma komandanlığının Sinək Yaylasında PKK-a qarşı keçirdiyi əməliyyatda 2 döyüşçü zərərsizləşdirilib. Terrorçular "təslim ol" əmrinə tabe olmadıqdan sonra tərəflər arasında toqquşma baş verib.
Təhlükəsizlik qüvvələri terrorçuları öldürüb. Onların üzərindən 1 "Kalaşnikov" avtomatı, 1 tapança, 2 əl qumbarası aşkarlanıb. Terrorçulardan biri Sinek Yayla bölgəsində PKK əməliyyatlarına rəhbərlik edən Ararat ləqəbli 36 yaşlı Zamanhan Kaya olub.