Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, UEFA-nın rəsmi saytında keçirilən sorğunun nəticələri açıqlanıb.
Qurumun saytının istifadəçilərinin əsas seçimi "Fənərbaxça”nın futbolçusu Musa Sou olub. Seneqallı hücumçu azarkeşlərin 42 %-nin səsini toplayıb.
"Zenit”in futbolçusu Juliano 2-ci (21%), "Anderlext”in yarımmüdafiəçisi Nikolay Stançiu isə 3-cü olub (11%).
Qeyd edək ki, Musa Sou "Mançester Yunayted”lə oyunda qayçıvari zərbə ilə möhtəşəm qola imza atmışdı.