Ukrayna müharibəsində 9 min adam ölüb

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Üzrə Ali Komissarlığının Ukraynadakı ölümlərlə bağlı 2014-cü ilin yanvar - 2016-cı ilin may ayları dövrünü əhatə edən hesabatı dərc olunub. sabahinfo.az  xarici KİV-ə istinadən bildirir ki, hesabata görə, qarşıdurmaların başladığı 2014-cü ilin may ayından 2016-cı il mayın sonuna qədər Ukraynanın şərqində baş verən toqquşmalarda vətəndaşlar, ukraynalı əsgərlər və separatçılardan ibarət 9 min 404 nəfər ölüb. Toqquşmalarda yaralananların sayı isə 21 min 671 nəfərdir.

Zorakılıq altında həyatını itirən vətəndaşların sayının iki minə yaxın olduğu bildirilən hesabatda, bu saya Ukraynanın şərqində Rusiya sərhədinə yaxın bölgədə 2014-cü il iyulun 17-də vurulan  Malayziya təyyarəsində ölən 298 nəfər daxil edilməyib.

Hesabatda qeyd edilir ki,  bölgədə ölən vətəndaşların faiz 85-90 faizi qaubitsa, top, mərmi, tank və çoxlüləli minaatanların atəşi ucbatından həyatını itirib.

Ukraynada Rusiya tərəfdarı separatçılar və ordu bölmələri arasında döyüşlər aylarla davam edib və proses zamanı Moskva Krımı ilhaq edib.