Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini qəzada ölüb

Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini Andrey Taranov Kiyevdə Dnepr çayında qəza nəticəsində ölüb.

 

Sabahinfo.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Ukrayna Polisinin təmsilçisi Yaroslav Trakalo açıqlayıb.

 

İlkin məlumata görə, A. Taranovun idarə etdiyi su motosikleti digər üzən qurğu ilə toqquşub. Hazırda hadisə yerində istintaq qrupu çalışır.

 

Qeyd edək ki, A. Taranov  26 dekabr 2014-cü ildə Prezident Administrasiyasırəhbərinin müavini təyin edilib.