"Fənərbağça"nın ulduzu Robin van Persi atasının səhhətindəki narahatlıq səbəbiylə klubun düşərgəsindən ayrılaraq təcili ölkəsi Hollandiyaya gedib.
Sabahinfo.Az sözcü-yə istinadən xəbər verir ki, "Fənərbağça"nın Antalya toplanışından ayrılan ulduz futbolçu Hollandiya Hava Yollarına aid bir təyyarə ilə Amsterdama yola düşüb. Robin van Persinin Türkiyəyə dönüş tarixi atasının sağlamlıq vəziyyətinə görə müəyyən olacaq.