Üzgüçümüz finalda

Rio-de-Janeyroda davam edən XV Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında Azərbaycan üzgüçüsü Dmitri Saley finala yüksəlib. sabahinfo.az saytı xəbər verir ki, təsnifat mərhələsində məsafəni 53,82 saniyəyə qət edən Dmitri Saley ümumi sıralamada 6-cı olub.