Bakıda yüksək dozada narkotik qəbul edən şəxslər ölüb.
sabahinfo.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Şahbazi küçəsi ev 100, mənzil 16 ünvanında qeydə alınıb.
Həmin ünvanda yerləşən Rauf Ələkbərova məxsus evə qonaq gələn tanışları - 1975-ci il təvəllüdlü Emil Söhrab oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Seymur Fərrux oğlu Baxmanov yüksək dozada narkotik qəbul ediblər.
Nəticədə hər iki şəxs dünyasını dəyişib.
Ev sahibi R.Ələkbərov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.