Yunanıstanda bütün futbol yarışları dayandırılıb

Yunanıstanda bütün futbol yarışları dayandırılıb. sabahinfo.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə qərarı Yunanıstan Futbol Federasiyası (YFF) verib.

 

Buna səbəb yerli Hakimlər Komitəsinin sədri Giorgos Bikasın evinin yandırılması olub. YFF hadisədən sonra ölkədə bütün futbol yarışlarının müddətsiz dayandırıldığını açıqlayıb.

 

Yunanıstanın "Panatinaikos”, "Olimpiakos” və PAOK kimi böyük klubları federasiyanın bu qərarına dəstək veriblər.

 

Yunanıstanda bu, ilk belə hal deyil. Ötən mövsüm də analoji vəziyyət yaşanmış və PAOK-la "Olimpiakos” arasındakı matçda baş vermiş iğtişaşdan sonra ölkə kuboku uğrunda oyunlar dayandırılmışdı.

 

Qeyd edək ki, PAOK Avropa Liqasında "Qarabağ”la birgə J qrupunda mübarizə aparır.