Zaha üçün gecikmiş dəvət planı

İngiltərə millisinə dəvət almaq arzusu həyata keçməyən Uilfred Zaha tarixi vətəni Kot-d`İvuarı beynəlxalq arenada təmsil etmək qərarına gəlmişdi. Onun Afrika Millətlər kubokunda "Fildişi sahili" millisində debüt etməsi gözlənilir.

Sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, İngiltərə millisinin yeni çalışdırıcısı Qaret Sautqeyt isə Zahanı bu fikirdən daşındırmağa çalışır. Gənc mütəxəsis U-1 yığmasında ona rəhbərlik edib. Amma Sautqeytin baş məşqçi təyin olunması Zaha üçün gecikmiş hadisə olub. Belə ki, həmin vaxta qədər yarımmüdafiəçi artıq Kot-d`İvuar vətəndaşlığını qəbul etmiş və qərarını vermişdi.