“Son zamanlar Fransanın beynəlxalq hüququ və ədaləti tapdaladığı müşahidə olunur. Fransa heç bir hüquq normalarına sığmayan hərəkətləri ilə sözdə ədalətli, barışdırıcı tərəf kimi görünmək istəsə də, əslində ermənipərəst mövqeyini ortaya qoymuş oldu. Fransanın işğalçı Ermənistanı dəstəkləməsi normal haldır. Çünki Fransa özü tarixə müstəmləkə ölkəsi olaraq düşüb”. Bu fikirləri saytımıza ADTGT İctimai Birliyinin sədri, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib.
Asif Əsgərli deyib ki, Fransa, xüsusən Afrika ölkələrində etdiyi soyqırımılara görə beynəlxalq bilik qarşında cavab verməlidir: “Məhz buna görə də martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında haqlı olaraq bildirib ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır: “Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”. Azərbaycan qəti mövqe bildirib: ədalətsizlik, beynəlxalq hüququa hörmətsiz yanaşan Fransa ilə heç bir prosesdə iştirak etməməlidir. Cənubi Qafqazda sühün, sabitliyinin təmin olunmasına Fransanın heç bir yeri yoxdur”.