Milli Məclisin sədri Sahibə Qafarovanın İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə sentyabrın 28-də beş tutan görüşü ilə bağlı məlumatlara Fransa mətbuatında da yer verilib. "Caucase de France" internet saytında mövzu ilə bağlı yer alan yazıda Azərbaycan Milli Məclisinin sədrinin Fransanın Azərbaycana qarşı qərəzli münasibətini sərt tənqid etməsi qeyd edilib. Vurğulanır ki, Sahibə Qafarova Fransanın bu mövqeyini pisləyib.
"Sahibə Qafarova Braun-Pivetin diqqətini Fransanın Ermənistanın Azərbaycan ərazilərinin 30 il davam edən işğalını pisləmədiyinə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuş bir milyon azərbaycanlının hüquqları barədə heç vaxt danışmamasına yönəldib", deyə məqalədə qeyd edilir.