Fransa hökuməti bu həftə öz ordusunu Nigerdən çıxarmağa başlamaq niyyətindədir.
Adalet.az xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahından yerli mətbuata verilən məlumatda deyilir.
Bildirilib ki, qoşunların bu Afrika ölkəsindən çıxarılması əməliyyatları nizamlı və təhlükəsiz şəkildə həyata keçiriləcək.
Bir müddət öncə Fransa Prezidenti Emmanuel Makron Nigerin yeni hakimiyyətini tanımadığını qeyd edərək bildirmişdi ki, cari ilin sonuna qədər fransız hərbçilər (təxminən 1500 hərbçi) Nigeri tərk edəcək.
Xatırladaq ki, bu ilin iyul ayının 26-da Nigerdə dövlət çevrilişi baş verib və hərbçilər sabiq Prezident Məhəmməd Bazumu deviriblər.