Fransa prezidentinin Ermənistanın lehinə olan açıqlamalar verməsi tarixi faktları ört-basdır edə bilməz
Qərbin tarixən davam etdirdiyi imperializm siyasəti bu gün ikili standart mövqe namyiş olunması ilə özünü büruzə verir. Qarabağ məsələsində Ermənistana lazımi təzyiq etməyən hegemon dövlətlər, hətta qondarma erməni soyqırımı məsələsində ermənilərə dəstək göstərməkdən çəkinmirlər. Bir çox Qərb dövlətləri açıq şəkildə Ermənistanın təcavüzkar siyasətini dəstəkləyir, törtədiyi təxribatlara don geyindirməyə çalışırlar. Son günlər bu baxımdan Fransa daha çox fəallığı ilə seçilir. Ermənistanın 13 sentyabrda törətdiyi təxribatlara Fransadan heç bir mənfi reaksiya gəlmədi. Əksinə Fransadakı radikal ermənilər Azərbaycanın Fransadakı səfirliyinə, eləcə də Mədəniyyət Mərkəzinə bir neçə dəfə hücumlar edərək təxribatlar törətdilər. Fransa dövləti isə sanki bütün bunları görməzdən gəlidi. Ayrıca Fransa prezidenti Emmanuel Makron bir daha ermənipərəstliyini göstərərək ötən həftə “France-2” telekanalına müsahibəsində Azərbaycanın əleyhinə heç bir reallığa uyğun gələməyən açıqlama ilə çıxış edib. Bu gün istər ölkə daxilində, istər xaricdəki soydaşlarımız Fransanın bu mövqeyindən narahatlıqlarını ifadə edirlər. Ən başda Prezident İlham Əliyev tərəfindən Fransa prezindetinin son bəyanatlarına sərt reaksiya verilib. Prezident İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışında Makronun son çıxışını Azərbaycanla bağlı faktların manipulyasiyası adlandırıb. Cənab Prezident deyib ki, həmin bəyanat “Fransa və dünya ictimaiyyətini çaşdırmağa” cəhddir.
Görünür, Fransa prezidenti Erməni Təşkilatları Şurasına söz verib. Məhz bu qondarma sözünə əməl edərək onlara sadiqlik nümayiş etdirib. Bu da Fransa tərəfindən erməni diasporuna göstərilən dəstəyin bariz nümunəsidir. Fransadakı diaspor amilinə cənab Prezident də toxunub. “Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini, balanslaşdırılmış qəbul edirdik, - mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi”, - deyə dövlətimizin başçısı vurğulayıb. Prezident bildirib ki, indiyə kimi Fransa XİN Azərbaycan əleyhinə yalan bəyanatlar verib, Fransa Senatının aşağı palatası “Dağlıq Qarabağı” tanıyan qətnamə qəbul edib. Prezident bildirib ki, Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır.
Fransanın Azərbaycana qarşı qeyri-səmimiliyi və ikili standart mövqeyi Praqa görüşlərində də özünü göstərib. Məlumdur ki, oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa prezidenti, Avropa İttifaqı Şurasının prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüşlər təşkil olunub. Görünür, bu görüşlərdə Makron siyasi olaraq maskalanaraq iştirak edib. Bu görüşdən qəbul olunan qərarlardan sonra Makronun təcavüzkar Ermənistanı dəstəkləyən bəyant verməsi beynəlxalq arenada Fransaya olan etimadı azaldır. Prezident İlham Əliyev bu məsələyə də toxunaraq qeyd edib ki, bundan sonra Fransa hökumətinin bu cür münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük: “Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik”.
Fransa dövləti başda Makron olmaqla özünü bu şəkildə ermənilərin “haqq, ədalət” mübarizəsinə həsr edib. Lakin Fransanın məqsədinin nə olduğunu bilmək üçün çox uzağa getmək lazım deyil. Sadəcə 20-ci əsrə nəzər salsaq, Fransanın Afrikada törətdiyi soyqırımılar yada düşər. Məhz Fransa tarixdə ifrat millətçilik və xalqlar arasında milli ədavəti təbliğ edən, şovinizm siyasəti yürüdən dövlət olaraq tanınıb. Buna görə də dünya xalqarı çox acı müsibətlər yaşayıblar. Napoleon Bonapartdan başlayaraq Fransanın işğalçılıq yürüşləri nəticəsində bir sıra Avropa xalqları didərgin həyata yaşayıblar.
Fransanın imperialist siyasətinin ən ağır əzabını Afrika xalqları yaşayıb. Bu qitənin xalqlarının azadlıq mübarizəsini boğmaq üçün Fatrsan tərəfindən hesaba gəlməyəcək dərəcədə qətlər törədilib. 1945-ci ildə Əlcəzairdə 1,5 milyon insanı qətlə yetirən Fransa sözün əsl mənasında bir soyqımı törədən dövlət olaraq tarixə düşüb. 1994-cü ildə isə Ruandada 1 milyona yaxın tutsi hutu və digər xalqar Fransanın soyqırımı siyasətinin qurbanı olub. Nəticədə BMT bu qətliamı soyqırımı kimi tanıyıb. Lakin Fransa Əlcəzair və Ruandada törədiyi soyqırımılarını hələ də qəbul etmir. Fransa Afrikanın əksər dövlətlərində bu kimi soyqırımı və qətillər törədib.
İndiki zamanda Fransa prezidentinin Ermənistanın lehinə olan açıqlamalar verməsi tarixi faktları ört-basdır edə bilməz. Çünki Ermənistan da elə Fransanın oxşarı olaraq Azərbaycan xalqına qarşı terror və soyqırımıları törədib. Bu baxımdan eyni işğalçı və təcavükar dövlətin bir-birlərini dətəkləməsi gözləniləndir.
Qasımov Səyavuş Kamran oğlu,
Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent