"Fransa ilə Ermənistan arasında silah-sursat satışı ilə bağlı müqavilənin imzalanması gələcək prespektivdə bu regionda ciddi təhlükəli proseslərin baş verməsinə gətirib çlxara bilər. Ən yaxşı halda Ermənisanın hərbi təxribatlarına, ən pis halda isə Üçüncü Qarabağ müharibəsini labüd edə bilər".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
O bildirib ki, Fransanın Ermənistana verəcəyi silahların arasında raketdən müdafiə sistemləri ön planda dayanır.