Fransanın XİN rəhbəri Azərbaycana gəlir

Fransanın xarici işlər naziri Katrin Kolonna Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə məlumatı Fransa XİN yayıb.

Fransalı nazirin Bakı və İrəvana səfəri aprelin 26-28-i baş tutacaq.

Kolonna Azərbaycanda ölkə Prezidenti İlham Əliyev, eləcə də azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

O, aprelin 28-i Gürcüstana yollanacaq.