İşğaldan azad olunan regionlara səfər zamanı bir daha erməni vandalizminin canlı şahidi oluruq. Füzuli rayonunda dağıdılan evlər, məhv olmuş infrastrukdur onu deməyə əsas verir ki, ermənilər Füzulidən sanki sipər kimi istifadə ediblər. Hər yerdə səngərlər qazılıb. Rayon tamamilə viran qalıb. Həmin ərazilərdə ermənilər heç bir iş görməyiblər. Səngərlər isə onların sipər yeri olub... Vətən müharibəsinin Füzuli səhifəsini erməni vandalizminin sonu, Füzuli rayonda yeni dövrünün başlanğıcı kimi qiymətləndirmək olar. Ölkə Prezidenti cənab İlham Əliyev keçən ilin oktyabr ayının 17-də, “Füzuli Şəhəri Günü”ndə bu şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışında bu vacib məsələyə toxunaraq bildirdi ki, füzulililərin gənc nəslinin də öz doğma torpağına gəlməyə qərar verməsi son dərəcə qürurverici haldır və həqiqətən də böyük hadisədir.
Bu gün Füzulinin timsalında bütün dünya erməni vandallığının nə demək olduğunu aydın şəkildə görür. Azərbaycan isə artıq öz ərazilərini yenidən qurur və bu torpaqlara yeni həyat verir”. Ermənilərin mina siyəsətinin əsas "mənbə" kimi istifadə etdiyi Füzuli rayonunda bu gün aparılan yenidənqurma, abadlıq işlərinə ciddi zərər vurur. Mina xəritələrinin təqdim edilməməsi prosesin uzanmasına rəvac verir. İlkin hesablamalara görə, rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Yürüdülən uğurlu siyasət nəticəsində Füzuli rayonunda hava limanının tikilib istifadəyə verilməsi nəinki Füzuli eyni zamanda digər işğaldan azad olunan ərazilərə turist səfərləri, beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilində mühüm rol oynayır. Eyni zamanda şəhərin yenidən qurulması və füzuli sakinlərinin öz doğma yurdlarına qayıtması Füzuli rayonunun qısa zamanda Respublikanın digər regionları kimi inkişaf edəcəyini deməyə zəmin yaradır.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı