Gələn həftə Milli Məclisin yaz sessiyası başa çatır.
Sabahinfo.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.
Lakin, yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının çağrılması gözlənilir.
Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar tətildə olacaqlar.