"Gənc olduğum zaman bunu heç göstərmirdim" - Prezident turnikdə dartınmasından danışdı

"Əvvəllər çox edirdim. Sadəcə, indi birinci dəfə göstərdim".

Sabahinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində ad günündə Qarabağa səfəri zamanı turnikdə dartınması ilə bağlı suala cavab verərəkən söyləyib.

"Gənc olduğum zaman bunu heç zaman göstərmirdim, çünki gənc insan üçün bunu çox etmək təbii haldır. Nəyə görə bunu göstərdim? İstəyirəm ki, gənc nəsil eynən bu cür etsin. Demək istəyirəm ki, 60 yaşın olsa belə, əgər pis vərdişlərin yoxdursa, idmanla müntəzəm məşğul olursansa, onda bunu bacararsan. Mənim gənc nəslə ismarışım bu idi.

Əgər siz hesab edirsiniz ki, 60 yaşınız var, edə bilməzsiniz, yanılırsınız, bacararsınız. Amma ondan çox dartınmaq, bəlkə də, bacararam. Lakin bu, o qədər cəlbedici olmaz", - deyə o bildirib.