“Dayaq” Sosial Maarifləndirmə İB-i Bakı şəhərində “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsi uğurla başa çatmışdır.
“Dayaq” Sosial Maarifləndirmə İB-i həyata keçirdiyi “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsi çərçivəsində tədbirlərini yekunlaşdırmışdır.Belə ki Bakı şəhərində Yasamal və Səbayıl rayonlarında tədbirlər və sosial sorğular keçirilmişdir.
Bildirilir ki, layihənin fəaliyyət planına əsasən tədbirlərdə Yasamal rayonunda yerləşən 1 nömrəli Bakı Tibb Kollecində və Səbayıl rayonu 239 nömrəli orta məktəbdə keçirilən tədbirdə layihə rəhbəri Hicran Əliməmmədova, layihənin eksperti Aysel Əliməmmədova, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının nümayəndə müavini Əhəd İbadov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri Allahverdi Səfərov və Vüqar Ağayev, Bakı şəhər Narkoloji Mərkəzin həkimi, psixiatr-narkoloq, tibb elmləri doktoru Fəzail Sadıqov, 1 nömrəli Bakı Tibb Kollecinin şöbə müdiri Sevda Nadirova, yeniyetmə və gənclər iştirak edib. Qeyd olunan mövzu ətrafında hər iki müəssisədə tədbirlər keçirilmiş , mütəxəssislərin fikirləri dinlənilmiş ,iştirakçıların sualları cavablandırılmışdır.
Məlumat üçün qeyd edək ki, “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilməkdədir.