Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Sabahinfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən yaşayış binalarındakı mənzillərin birində qeydə alınıb.
1954-cü il təvəllüdlü M.Qurbanova, 1987-ci il təvəllüdlü Ş.Qurbanova, 2008-ci il təvəllüdlü V.Qurbanov və 2010-cu il təvəllüdlü A.Qurbanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Onların sözlərinə görə, yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Qeyd edək ki, zəhərlənən şəxslər bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.