“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək" İctimai Birliyi “Gənclərə Doğru Təşəbbüslər” adlı layihə çərçivəsində Hacıqabulda təlimlər həyata keçirib.
Sabahinfo.az xəbər verir ki, layihəni Azərbaycan Respublikasının Gənclər Fondunu maliyyələşdirib.
Layihənin həyata keçirilməsində əsas məqsəd regionlarda yaşayan gəncləri layihəyə cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək, gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclər arasında peşə təhsilinin təbliği və maarifləndirmə işinin aparılması olub.
Ümumilikdə 300 nəfər gənc birbaşa təlimlərdə iştirak edib. Layihə çərçivəsində gənclər üçün müxtəlif formada interaktiv oyunlar keçirilib. Region gəncləri üçün peşə təhsilinin faydaları haqqında maarifləndirici bukletlər nəşr olunaraq təlimlər zamanı paylanılıb.
Layihənin əsas hədəf qrupu 14-29 yaş gənclər olmaqla, əsasəndə şəhər mərkəzi ilə yanaşı kənd və qəsəbələrdə yaşan gənclərdə təlimlərdə iştirak edib.
Layihə çərçivəsində peşə təhsili sahəsi üzrə informasiya elçiləri hazırlanıb. İnformasiya elçiləri gələcəkdə müxtəlif vasitələrlə gənclərin mütamadi maarifləndirilməsi ilə məşğul olacaqlar.
Layihənin sonunda iştirakçı gənclərə sertifikatlar təqdim olunub.