Gizli yolla ölkəyə "mal" keçirmək istədi

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından tranzit keçməklə gələn "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Belə ki, gömrük baxışı zamanı avtomobilin yük yerində gömrük nəzarətinə bəyan edilməyən 360 ampula, 34 qutu və 80 ədəd müxtəlif adda olan dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.