Dövlət Gömrük Komitəsinin sədr müavini işdən çıxarılıb.
Sabahinfo.az Unikal-a istinadən xəbər verir ki, DGK-nin sədr müavini, gömrük xidməti general-mayoru Qasımov Cavad Mustafa oğlu vəzifəsindən azad edilib.
Qeyd edək ki, Cavad Qasımov 2018-ci ildən DGK-nin sədr müavini idi.
Xatırladaq ki, dünən Baş Prokurorluq Dövlət Gömrük Komitəsinin bir neçə əməkdaşının korrupsiya cinayətləri ilə əlaqədar həbs edilməsi barədə məlumat yayıb.