Göyçayda Əli Kərimin xatirə gecəsi keçiriləcək

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şair Əli Kərim yaradıcılığının təbliği” layihəsinin icrasına başlayıb. Bu haqda Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova saytımıza məlumat verib. 

Jalə Cəfərova deyib ki, Əli Kərim (1931-1969) Azərbaycanda kifayət qədər sevilən şairdir: “Əli Kərim 55 öncə dünyasını dəyişib. Amma onun haqqında heç cür keçmiş zamanda danışmaq mümkün deyil. Əli Kərim son 50 ildə Azərbaycan ədəbiyyatının ən böyük itkilərindən biridir. Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin prioteritlərindən biri və birincisi mənəvi bərpasına ehtiyacı olan məsələləri gündəmə gətirərək bu yolda bacardıqlarını həyata keçirsin. Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyinin maliyyələşdirdiyi “Şair Əli Kərim yaradıcılığının təbliği” layihəsi çərçivəsində iyun-avqust ayları ərzində bacardığımız qədər Əli Kərimi təbliğ edəcəyik. Belə ki, layihə çərçivəsində Göyçayda Əli Kərimin xatirə gecəsinin keçirilməsi nəzərdə tutulub. Artıq bu istiqamətdə Göyçay rayonunda fəaliyyətə başlamışıq. Əli Kərimin qohumları, dostları, onunla bağlı araşdıma aparan jurnalistlərlə görüşlər keçirmişik. Belə layihələri həyata keçirmək bizim ən azından mənəvi borcumuzdur”.

Artıq böyük şair Əli Kərimin vəfatının 55 ci ildönümü münasibəti ilə Göyçayda keçiriləcək ‘’Şair, yolun düşsə bu dünyaya bir də gəl’’ ədəbi-bədii gecənin keçirilməsiylə bağlı ilk hazırlıq mərhələsi başa çatıb.
Layihənin rəhbəri Jalə Cəfərova iyunun 2-6 tarixlərində şairin doğulduğu Göyçay şəhərində hazırlıq mərhələsini yekunlaşdırmışdır.
02.06.2024 tarixində layihə rəhbəri Jalə Cəfərova 1 saat şəhərlə tanış olduqdan sonra təqdimatda iştirak edəcək bir çox tanınmış ziyalılarla əlaqə qurub və bir neçəsi ilə görüşüb. Tanınmış rəssam Ehtiram Kərimovun emalatxanasında səmimi və səmərəli görüş keçirildi. Ehtiram bəy Jalə xanımın təklifini razılıqla qarşılayıb.
03.06.2024 tarixində layihə rəhbəri Göyçay İB-nın birinci müavini Zivər xanım Zeynalova ilə görüşərək lazımı sənədləri təqdim etmiş və bədii gecənin keçiriləcəyi məknı müzakirə ediblər.
04.06.2024 tarixində Jalə Cəfərova Göyçay Uşaq Gənclər İnkşaf Mərkəzinin rəhbəri Zahidə xanımla geniş müzakirə aparıb təqdimatda çıxış edəcək gənclər haqda məlumatlanıb. Şeir səsləndirəcək gənclərə vacib məqamlar çatdırılıb.
05.06.2024 tarixində Jalə Cəfərova Aran Regional Mədəniyyət idarəsi Göyçay rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini icra edən Nəbiyev Fərid bəy və yaradıcı kollektivlə çox məhsuldar görüş keçirib. Təqdimatda nəzərdə tutulan musiqili kompozisiya ,şeirlərin necə səsləndirilməsi,dekorasiya işləri müzakirə olunaraq yekdil qərar verilib.
06.06.2024 tarixində layihə rəhbəri şair Əli Kərimin yaxın qohumu (bacısı oğlu) Vaqif Arifoğlu Mehdiyev, rejissor Əhliman Qafarov, musiqiçi Ülvi Vəzirovla üç saatdan artıq davam edən çox səmərəli görüş olub. Öncə Əli Kərim adına parka gedərək mərhum şairimiz ziyarət olunub, ruhuna dualar söylənilib. Daha sonra çay süfrəsi ətrafında bədii gecənin yüksək səviyyədə keçməsini təmin etmək üçün səmərəli təkliflər müzakirə olunub.

Share: 

Yazı naviqasiyası